Bu gün Cəfər Cabbarlının ad günüdür.

0

AzTimes.az xəbər verir ki, bu gün  azərbaycanlı dramaturq, şair və nasir, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, aktyor, rejissor, əməkdar incəsənət xadimi  Cəfər Cabbarlının doğum günüdür.

Image result for cəfər cabbarlı

Cəfər  Qafar oğlu Cabbarlı 20 mart  1899-cu ildəBakı quberniyasının 110 km-liyində yerləşən  Xızı kəndində  kasıb bir ailədə anadan olub. Kömürçü işləyən Qafar Cabbarlı görmə qabiliyyətini itirdikdən sonra ailə məcburiyyət qarşısında Bakıya köçərək, “dağlı məhəlləsi” adlanan yerdə yaşamağa başlayıb.O, atasını lap körpə ikən itirib(3 yaşında). . Evin bütün yükü anası Şahbikə xanımın üzərinə düşüb O, imkanlı ailələrin paltarlarını yuyub, çörək bişirərək Cəfəri dini məktəblərə qoyub.Image result for cəfər cabbarlı

Şahbikə xanım Cəfəri təhsildən məhrum etməmək üçün, əvvəlcə məhəllə mollasının yanında “çərəkə” oxumağa, bir müddət sonra isə molla Qədirin yanına quran oxumağa qoyur.Mollaxananın ona bir şey vermeyəcəyini başa düşən Cəfər başqa uşaqlar ilə birlikdə 1905-ci ildə “Starıy Poçtovı-25”-də Hacı Məmmədhüseyn Bədəlovun şəxsi mülkündə açılan üçsinifli “7-ci müsəlman və rus” məktəbinin birinci sinfinə daxil olur. Cəfər dövrün qaymaqlarından dərs alır. Onun ilk müəllimləri Süleyman Sani Axundov, abdulla Şaiq, Rəhim bəy Şıxlinski, Əliməmmd Mustafayev idi. Cəfər 1908-ci ildə məktəbi bitirdikdən sonra bir müddət ailəyə köməklik edir.Sonralar  Bakıda Alekseyev adına “3-cü ali ibtidai” məktəbdə oxuyur. 1915-ci ilin2 aprel tarixində Cəfər məktəbi bitirir.1915-ci ildə Bakı Poltexnik Məktəbinin elektro-mexanika şöbəsinə daxil olan yazıçı 6 may 1920- ildə təhsilini başa vuraraq şəhadətnamə və attestat alır. Sonra Azərbaycan Dövlət Universitetinin  tibb fakültəsinə daxil olsa da , ərizə yazaraq oradan çıxır.

1923-cü ilin sentyabrından Cabbarlı səhnə aləmi və teatr tarixi ilə yaxından tanış olmaq məqsədilə Bakı Türk Teatr Məktəbində mühazirələrə qulaq asmağa başlayır. Eyni zamanda 1924-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsinin tarix şöbəsində də təhsilini davam etdirir.

Cabbarlı ədəbiyyata şeirlə gəlmişdi və ilk mətbu şeirləri “Həqiqəti-Əfkar” qəzetində dərc olunmuşdu.”Bahar” adlı şeiri “Məktəb jurnalında dərc olunmuşdur.Hürriyyəti-nisvançılara protesto”, “Arvadlar deyirlər”, “Kişilər deyirlər”, “Qızlardan kişilərə protesto” və başqa şeirlərində şair vaxtilə dəb halını almış qadın azadlığı məsələsinin yarımçıq həll edildiyindən, qadınların hələ də ibtidai hüquqlardan məhrum olduğundan bəhs edirdi. Bəzən şairin tənqid atəşi ictimai, siyasi məsələlərə doğru yönəlir, dövlət quruluşundakı nöqsanları ifşa edir.C.Cabbarlının yaradıcılığının ilk dövrünə aid olan “Vəfalı Səriyyə yaxud “Göz yaşları içində gülüş” cəmiyyətdəki ədalətsizlikdən bəhs edir, görülən haqsızlıqlara qəzəb və nifrənümayişi idi. Ən gözəl əsərlərdən biri “Solğun çiçəklər əsəridir ki, demək olar teatr səhnəsində Cabbarlının ən çox səhnələşdirilən əsərləri sırasına daxildir.

C.Cabbarlının ilk tarixi pyesi “Nəsrəddin Şah”-dır.Cəfər Cabbarlı Azərbaycanda ilk dəfə olaraq tarixi dram janrını milli-azadlıq ideyaları ilə, geniş xalq kütlələrinin şah mütləqiyyətinə qarşı çıxışı ilə zənginləşdirmişdi.

Qısa ömür ərzində Azərbaycan dəbiyyatına bir çox tövhələr vermiş Cəfər Cabbarlı  31 dekabr gecə saat 4-də vəfat etmişdir…… Hörmətlə anırıq.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »