Nəriman Abbasov növbəti qələbəsini qazandı

0

Azərbaycanın və “Qəbələ” idman klubunun döyüşçüsü Nəriman Abbasov növbəti qələbəsini qazanıb. İyirmi doqquz yaşlı MMA idmançımız “Naiza Fighting Championship” turnirində fərqlənib.

O, “Naiza Fighting Championship 50” çərçivəsində Qazaxıstanın Almatı şəhərində təşkil olunan döyüşdə gücünü mübarizə aparıb. Döyüşçümüz Qırğızıstan idmançısı Kanibek Janıbek Uulu ilə qarşılaşıb. N.Abbasov rəqibi üzərində qələbə qazanıb.

Bu, idmançımızın peşəkar karyerasında 29-cu qələbədir. O, buna 33 döyüşdə nail olub

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »