MN: Sülhməramlı kontingentin müşayiəti ilə hərbi daşımaların həyata keçirilməsi qəbuledilməzdir

0

Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə hərbi daşımaların həyata keçirilməsi üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulmasıdır və bu, qəbuledilməzdir.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyinin Rusiya sülhməramlı kontingentinin qanunsuz daşımaları müşayiət etməsi barədə xəbərində bildirilir.

“Mütəmadi baş verən bu kimi qeyri-qanuni fəaliyyətlər Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycanın sərhəd-keçid və nəzarət məntəqəsinin qurulmasını labüd edir”, – Müdafiə Nazirliyindən bildirilib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »