Asiya İnkişaf Bankının Azərbaycandakı rəhbəri xalqımızı təbrik edib: “Əhdimizə sadiqik”

0

Asiya İnkişaf Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Kendis MakDeyqanın xalqımızı Novruz bayramı münasibətilə təbrik edib.

APA-nın məlumatına görə, təbrikdə bildirilir ki, Novruz baharı qarşılamaq üçün bir araya toplaşaraq səbirsizliklə gözlədiyimiz sevimli bayramımızdır:

“Novruz bayramında təbiətin oyanışını qeyd edirik.

Bu, planetimizdə davamlı gələcəyə nail olmağın əhəmiyyətini dərk etmək üçün də gözəl fürsətdir.

Asiya İnkişaf Bankı olaraq ölkədəki digər inkişaf tərəfdaşlarımızla birlikdə Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetləri dəstəkləyirik.

Həmçinin daha təmiz texnologiyalardan və ağıllı infrastrukturdan istifadə edərək gələcək nəsillər üçün yaşıl, davamlı və səlahiyyətəndirilən icmaların qurulmasını dəstəkləməyə dair əhdimizə sadiqik.

Asiya İnkişaf Bankının adından hər birinizə parlaq və sevinc dolu Novruz bayramı arzulayıram!”

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »