Yazın da öz depressiyası olur

0

Baharın gəlişi özü ilə mövsüm depressiyasını həyatımıza gətirir. Bu, qışın bitməsi ilə insanın yuxu rejimi və digər amillərin insan orqanizminə təsiri ilə bağlıdır. Lakin yaranan həyati çatışmazlıqların aradan qalxması insanlardan çox asılıdır.

Yaz depressiyası baharın lap əvvəllərindən başlayır. Buna səbəb havaların isinməsi, gündüzlərin uzanması, günəşin daha çox görünməsi insanın bədənində bioritmik, hormonal balansın kəskin dəyişməsidir. Bu fəsildə insanlar müxtəlif münasibətlərə girərkən fərqli hisslər keçirirlər. Psixoloq Aytən Ələkbərovanın rəyinə görə bu həm də tətildən sonra işə adaptasiyanın psixoloji çətinliyindən irəli gəlir. Odur ki, yaz depressiyasının əsas dövrü aprel ayına aiddir. Yaz depressiyasının əsas əlaməti  günəşin şəfəq saçmasına, quşların oxumasına, təbiətin gözəlləşməsinə rəğmən evdən çıxmamağa meylilikdə özünü göstərir. Lakin respondentlərin fikirləri fərqli olub. Onlardan bir çoxu yazda özlərini gözəl hiss etdiklərini, gümrah olduqlarını söyləyiblər. Mütəxəssis tövsiyələri ondan ibarətdir ki, istənilən depressiyanın qarşısını almaq üçün erkən oyanmaq, su içmək, havada idman etmək, eyni zamanda buna psixoloji hazırlanma da vacibdir.

 

mənbə: Aztv

Leave A Reply

Your email address will not be published.

Tərcümə »