Virciniyalı qadın 82 yaşında dünyanın ən yaşlı hokkeyçisi kimi

0

Liqada yaşlı bir vətəndaş var. 82 yaşına çatmış Linda Sinrod ən yaşlı hokkeyçi kimi  adını Ginnesin Rekordlar kitabına yazdıra bilib. Virciniya ştatının (ABŞ) Lorton qadın hokkey liqasında oynayan keçmiş fiqurist bu xəbəri cümə günü öyrənib: “Mən ən yaşlı hokkeyçi olduğumdan həmişə ən yaşlı hokkeyçinin kim olduğu mənə maraqlı idi. 80 yaşım olanda Ginnesin Rekordlar kitabına bununla bağlı baxmışdım.” 30 yaşında ikən Vaşinqtonda hokkeyçi qadınlar liqasının ilk dəfə olaraq  yaranmasında yaxından iştirak edib. Konkilərlə vidalaşana qədər, 10 il həmin liqanın oyunçusu olub. Uzun fasilədən sonra 67 yaşıda yenidən idmana qayıdır. 75 yaşına çatanda onun komandadan getməsini istəyirlər. O isə hazırda oynadığı qadınlar liqasına qoşulur.

“Ləngidiyimə görə rəqib oyunçular şaybanı məndən almağa daha tez nail olurlar, bu da mənim yaşlanmam ilə bağlıdır.” Lakin bu uğursuzluq onun şaybaya həvəsini əlindən ala bilmədi. Həmin komandadan getməli olsa da, hazırki qadınlar liqasına qoşulmaqdan çəkinmədi. Buz üzərində oynamaq üçün o, həftədə 2 dəfə məşq edir və həftədə 3 dəfə də velosiped sürür.

https://nypost.com

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »