Sərbəst güləş üzrə millimiz Avropa çempionu oldu

0

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 23 yaşadək güləşçilər arasında Avropa çempionatı sona çatıb.

Qitə birinciliyinin son 3 günündə sərbəst güləş üzrə mübarizə baş tutub. Ötən il komanda hesabında çempion olan millimiz titulunu qoruyub və növbəti dəfə qitənin ən güclü komandası ünvanına sahib çıxıb.

Belə ki, 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan yığmamız 140 xalla birinci yeri tutub. Millimiz medalların əyarına görə də hamını qabaqlayıb. Türkiyə (129) ikinci, Gürcüstan (125) isə üçüncü yeri tutub.

Xatırladaq ki, yığma üzvlərindən Maqomed-Başir Xaniyev (70 kq), Turan Bayramov (74 kq) və İslam İlyasov (97 kq) qızıl, Rəşid Babazadə (65 kq) gümüş, Səbuhi Əmiraslanov (79 kq) isə bürünc medal qazanıb.

 

mənbə: http://awf.az

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »