ABŞ-də naməlum şəxs 2 qadını güllələyəndən sonra intihar edib

0

ABŞ-nin Miçiqan ştatının Detroyt şəhərinin şimalındakı Sterlinq-Hayts şəhərciyində silahlı insident baş verib.

“Report” “The Detroit News”a istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Səlahiyyətlilərin məlumatına görə, naməlum şəxs duracaqda atəş açıb, nəticədə iki qadın yaralanıb. Şübhəli şəxs hadisə yerindən qaçıb.

Daha sonra polis onun başında güllə yarası olan meyitini tapıb. İlkin versiyaya görə, o, intihar edib. Xəsarət alan qadınlar xəstəxanaya çatdırılıb, onlara tibbi yardım göstərilib.

Polis həmçinin qeyd edib ki, silahlı insidentdə iştirak edən hər üç şəxs bir-birini tanıyır.

Faktiki olaraq araşdırmalara başlanılıb.


 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »