Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Təhqiqat Komissiyası Rusiyanın Ukraynadakı hərəkətlərində soyqırım əlamətləri görməyib.
Axar.az xəbər verir ki, bu barədə təhqiqat komissiyasının sədri Erik Mese deyib.
“Biz Ukrayna ərazisində heç bir soyqırım görmədik”, – Mese bildirib.
Eyni zamanda, komissiya Rusiyanın geniş spektrli digər hərbi cinayətlər törətdiyini etiraf edib.