Azərbaycan və Gürcüstan ortaq gömrük və sərhəd-keçid məntəqələri yarada bilər

0

Azərbaycan və Gürcüstan ortaq gömrük və sərhəd-keçid məntəqələrinin yaradılması ilə bağlı iş aparır. 24News.ge xəbər verir ki, bu barədə Gürcüstanın Milli Gəlirlər Xidmətinin rəhbəri Levan Kakava Bakıda keçirilən Transxəzər Beynəlxalq nəqliyyat Şərq-Qərb Dəhlizi boyu “bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi üzrə çoxtərəfli görüşdə çıxışı zamanı deyib. O, həmçinin beynəlxalq donorları bu layihəyə dəstək verməyə çağırıb: “Rusiya-Ukrayna müharibəsi yükdaşımaların marşrutunun Cənuba doğru dəyişməsinə şərait yaradıb. Bu baxımdan Orta Dəhliz xüsusi əhəmiyyətə malikdir. Hesab edirəm ki, beynəlxalq donorlar Azərbaycanla ortaq yaratmaq istədiyimiz gömrük və sərhəd-keçid məntəqəsinin qurulmasına dəstək verəcəklər”, – deyə Gürcüstan rəsmisi qeyd edib.

 

www.24news.ge

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »