Bu gündən Naxçıvan şəhərindəki Xətai küçəsində yerləşən Mərkəzi Bazarda Novruz yarmarkası fəaliyyətə başlayıb.
“Report”un yerli bürosu xəbər verir ki, Novruz yarmarkasına muxtar respublikamızın ayrı-ayrı bölgələrindən fermerlərin, ailə təsərrüfatçılarının çıxardıqları məhsullar həm çeşid müxtəlifliyi, həm də keyfiyyəti ilə seçilir. Müxtəlif meyvə-tərəvəz, quru meyvələr, təbii meyvə şirələri, heyvandarlıq məhsulları, göy-göyərti, eləcə də şirniyyatlar, paxlava, şəkərbura alıcılara daha münasib qiymətlərlə təklif edilir.
Bazarda Novruz yarmarkası martın 19-dək davam edəcək.
report.az saytına istinad edilib.