Naxçıvanın sabiq rəhbəri vəfat etdi

0

Uzun illər rəhbər vəzifələrdə çalışmış, eləcə də Sovet dövründə Naxçıvan Muxtar Respublikasına rəhbərlik etmiş İmran Mehdiyev vəfat edib.

Axar.az xəbər verir ki, iqtisad elmləri doktoru İ.Mehdiyev 87 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, İ.Mehdiyev 1976-1979-cu illərdə Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müavini, 1979-1982-ci illərdə Naxçıvan MSSR Nazirlər Sovetinin sədri vəzifələrində çalışıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »