RUSİYA UKRAYNAYA RAKET YAĞDIRIR – Lvovda 4 nəfər ölüb

0

Rusiya Silahlı Qüvvələri gecə saatlarından etibarən Ukrayna ərazisində kütləvi raket hücumlarına başlayıb.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Kiyev meri Vitali Kliçko bildirib.

Eyni zamanda rusların İran istehsallı “Şahed” PUA-ları ilə hücuma keçdiyi vurğulanıb .

Qeyd olunub ki, raket hücumu ilə əlaqədar olaraq elektrik enerjisinin verilişində fasilələr tətbiq edilir.

Merin sözlərinə görə, Kiyev vilayətində əhalinin 15 faizi işıqsız qalıb.

Məlumata görə, paytaxt Kiyev şəhərinə ballistik raketlər atılıb.

Həmçinin Odessa və Xarkov şəhərlərində də partlayış səsləri eşidilib.

Bütün ölkə ərazisində havadan müdafiə sistemi işə düşüb.

Rusiya Silahlı Qüvvələrinin Lvov vilayətinə raket hücumu nəticəsində 4 nəfər həlak olub.

Bu barədə vilayət hərbi administrasiyasından xəbər verilib.

Qeyd olunub ki, hadisə vilayətin Zoloçevski rayonunda baş verib. Məlumata görə, ölənlərdən 2-si kişi, 2-si isə qadındır. 3 yaşayış binası, 3 avtomobil və qaraj yanıb. Yanğınlar söndürülüb.

Dağıntılar altından axtarış-xilasetmə tədbirləri həyata keçirilir. Ölənlərin sayının artacağı istisna deyil.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »