AB Qarabağa girməyə çalışır – Məkrli plan

0

AB-nin əsas məqsədlərindən biri Cənubi Qafqazda həmişəlik yerləşməkdir. Ancaq Azərbaycan Ermənistandan fərqli olaraq öz ərazisinə heç kimi buraxmadı. AB-nin planı isə missiya göndərmək və s. yollarla Ermənistanın Qarabağda daha da möhkəmlənməsi üçün onun şərti sərhəddə yükünü azaltmaq idi. Yəni yaxın gələcəkdə Rusiyanın Ukraynadakı məğlubiyyət və məcburi Qarabağdan çıxma ehtimalı üzərindən Ermənistan və maşalıq etdiyi AB Azərbaycan ərazisində yerləşmək üçün özlərinə zəmin hazırlamaq niyyətindədir.

Bu sözləri Axar.az-a separatçıların Xankəndi-Xəlfəli-Turşsu yolunda törətdiyi təxribat və Ermənistan ordusunun dövlət sərhədini atəşə tutmasının səbəbləri haqqında danışan siyahi şərhçi Elşən Məcidov deyib.

Siyasi şərhçi Azərbaycan dövlətinin ekofəalların Laçın dəhlizində davam edən aksiyası ilə bu planı pozduğunu və törədilən təxribatların təsadüf olmadığını qeyd edib:

“Xatırlatmaq istəyirəm ki, Fransa Senatının ölkəmiz əleyhinə qəbul etdiyi qətnamələrdə də Xankəndidə humanitar ofisin açılması məsələsi var. Lakin Azərbaycan dövləti qabaqcadan bu hiyləgər planı gördü və ekofəallarımızın artıq 86 gündür ki, davam edən aksiyası ilə onu pozdu.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »