Ukraynalı deputatlar Bakıda nəyi xahiş ediblər…

0

Ukrayna Ali Radasının Azərbaycan Respublikası ilə parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti Bakıda səfərdə olub. Nümayəndə heyətində parlamentlərarası dostluq qrupunun sədri Volodımır Kreydenko, millət vəkilləri  Mikola Qaluşko və Anton Şvaçko, habelə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov təmsil olunublar. Ukraynalı deputatlar səfər zamanı Bakıda bir sıra görüşlər keçiriblər.

Ali Rada nümayəndələrinin Bakı səfəri barədə Modern.az-a danışan Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Rüfət Quliyev görüşlərin səmərəli keçdiyini deyib.

“Bizim ümumi mövqelərimiz var. Azərbaycan Ukraynanın müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir. Ukrayna da Azərbaycana qarşı münasibətdə eyni davranışı sərgiləyir. Deputatlarla keçirilən görüş zamanı bu fakt bir daha təsdiqləndi. Bizim münasibətlərimiz ən yüksək səviyyədədir. Ukrayna təmsilçiləri hər yerdə Azərbaycana, ölkəmizin rəhbərinə minnətdarlıqlarını bildirirlər. Bakıda keçirdiyimiz görüş zamanı onlar Azərbaycanın dəstəyini yüksək dəyərləndirdiklərini söylədilər”, – parlamentari deyib.

Deputatın sözlərinə görə, Ali Rada nümayəndə heyəti Bakıdakı görüşlərdə Azərbaycan şirkətlərinin Ukraynada gördüyü işləri diqqətə çatdırıblar.

“Azərbaycan şirkətləri Ukraynaya dəstək olurlar. Onlar bunu yüksək qiymətləndirdilər. Bildirilirdi ki, bu addım bizim dostluğumuzdan irəli gəlir. Hətta qeyd olundu ki, Ukrayna həmişə Azərbaycanın haqlı mövqeyini dəstəkləyib və bundan sonra da dəstəkləməkdə davam edəcək. Qarabağ məsələsində Ukrayna həmişə bizim yanımızda olub. Biz bütün məsələlərdə ortaq məxrəcə gəlir, konsensus əldə edirik. Nümayəndə heyətinin üzvləri Ukrayna xalqı və dövləti adından Prezident İlham Əliyevə təşəkkürlərini çatdırdılar.

Ümumilikdə isə deyə bilərik ki, Ukrayna ilə Azərbaycan dost ölkələrdir. Biz münasibətlərimizin daha da inkişaf etməsində maraqlıyıq və bu istiqamətdə işlərimizi davam etdiririk. Ukrayna eyni zamanda bizim üçün strateji müttəfiqdir. Yeri gəlmişkən, Türkiyə ilə münasibətlərdə də fikirlərimiz üst-üstə düşür. Ukraynalı deputatlar bizdən xahiş etdilər ki, onların adından cənab Ərdoğana verdiyi dəstəyə görə təşəkkür edək. Ərdoğanın addımlarını yüksək qiymətləndirirlər”, – deyə deputat ukraynalı həmkarlarının Azərbaycana səfərindən danışıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »