Nigar Camalın maşınına hücum edən şəxs həbs olundu

0

Müğənni Nigar Camalın avtomobilinə hücum edən şəxs barədə qərar verilib.

Kult.az xəbər verir ki, bu barədə Oxu.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov məlumat verib.

O bildirib ki, hücum edən Tacəddin İmanzadə saxlanıldıqdan sonra barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati protokol tərtib olunub və məhkəməyə göndərilib:

“Məhkəməninin qərarı ilə o, 15 sutka həbs olunub”.

İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə görə, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə – əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur.

Qeyd edək ki, ötən gün Nigar Camal sosial şəbəkə hesabında avtomobili ilə yolla hərəkət etdiyi zaman digər nəqliyyat vasitəsinin sürücüsünün onun qarşısına keçib hücum etməsinə dair paylaşım edib. Daha sonra həmin şəxs saxlanılıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »