“Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının rəhbər heyəti və çoxsaylı üzvləri 23.02.2023-cü il Bakı İdman Sarayında XTQ baş leytenantı şəhid Musa Əsgərovun xatirəsinə həsr olunan Peşəkar K-1 ,”Box rek” reytinqli “MUSA PAŞAM” peşəkar Qala Gecəsində iştirak edib.

Yarışı Milli Məclisin sədr müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Aliyev çıxış edərək açıq elan etdi. Yarış dövlət himninin səsləndirilməsi ilə başladı, daha sonra şəhidlərimizin və qardaş Türkiyədə baş vermiş zəlzələ zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Ordusunun baş leytenantı olmuş, şəhid Musa Əsgərov 2020-ci il sentyabrın 27-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələr tərəfindən ərazilərimizin işğaldan azad edilməsi üçün başlanmış Vətən müharibəsində iştirak etmişdir. Şəhidin xatirəsinə həsr edilmiş yarışda həm Azərbaycandan, həm də qardaş Türkiyənin kikboksinqçiləri və boksçuları iştirak edirlər.

Yarış Azərbaycan Kikboksinq Federasiyasının, Peşəkar Boks Federasiyasının dəstəyilə, “Musa Paşam” İdman Klubunun və KHOJALY GLOBAL Promotion şirkətinin birgə təşkilatçılıgı ilə baş tutub.

Yarışda iştirak edən peşəkar döyüşçülər “MUSA PAŞAM” kuboku və hədiyələrlə təltif olundular.

Yarışı AKF-nın və PBF-nın beynəlxalq dərəcəli hakimlər heyəti idarə etdi.

AKF hakimlər heyəti

Baş Hakim-Quliyev
-Fəxrəddin – beynəlxalq dərəcəli hakim
Ağabəyov Aydın
-beynəlxalq dərəcəli hakim
Məmmədov Anar
-beynəlxalq dərəcəli hakim
Hüseynov Nicat
-birinci dərəcəli hakim
Ələsgərov Elşad
-birinci dərəcəli hakim
Abışov Xəyyam
-birinci dərəcəli hakim

K-1 döyüşcüləri
60 kq çəki dərəcəsi

Bədirhan Vural (Türkiyə)
Akif Quluzadə (Azərbaycan)

82 kq çəki dərəcəsi

Alparslan Yöndəm (Türkiyə)
Rauf Gərayzadə (Azərbaycan)

75 kq çəki dərəcəsi

Turan Əhmədov (Azərbaycan)
Elşad Şahbazov (Azərbaycan)

60 kq çəki dərəcəsi

Fərhat Durdu (Türkiyə)
Ramiz Məmmədov (Azərbaycan)

75 kq çəki dərəcəsi

Qəşəm Məmmədov (Azərbaycan)
Rəhim Əliyev (Azərbaycan)

64 kq çəki dərəcəsi

Elnur Tağıyev (Azərbaycan)
Qiyas Şahmərdanov (Azərbaycan)

82 çəki dərəcəsi

Elcan Alkişiyev (Azərbaycan)
İbrahim İsmayılov (Azərbaycan)
7 çəki dərəcəsində döyüş keçirildi!