Azərbaycanda elə məktəblər var ki, orada vəziyyət acınacaqlıdır.
Bunu elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirdiyi brifində deyib.
“Biz bütün məktəbləri yoxlayırıq. Hər ərazidə bir-iki məktəbi təmir etməyə çalışırıq. Böyük qəzalı məktəbdən az qəzalı məktəblərə qədərə proses aparılır. Ancaq onu deyim ki, 4 məktəbdən üçü yaxşı təmirlidir”, – deyə nazir vurğulayıb.
Onun sözlərinə görə, hazırda 800 məktəb qəzalı vəziyyətdədir.