Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Milli Həmrəylik Partiyasının (MHP) rəhbər heyəti və partiya fəalları Xocalı soyqırımı abidəsini ziyarət edib.

Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov və partiya fəalları paytaxtın Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə ucaldılmış “Ana harayı” kompleksini ziyarət edərək, abidənin önünə tər qərənfillər düzüb, müqəddəs şəhidlik zirvəsinə qovuşmuş Xocalı şəhidlərini dərin hörmət və ehtiramla yad edib.

Ziyarət bütün şəhidlərimizin ruhuna dualar oxunması ilə başa çatıb.