Daha bir qrup erməni Xankəndidən Laçın istiqamətinə keçdi

0

Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksiyanın 74-cü günündə də ekofəallar ərazidən humanitar məqsədlər üçün istifadəyə şərait yaradırlar.

Bu dəqiqələrdə Xankəndidən Laçın istiqamətinə hərəkət edən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus bir yük, altı minik avtomobili aksiyanın təşkil olunduğu ərazidən sərbəst keçib.

Qeyd edək ki, BQXK-nın avtomobillərində erməni əsilli şəxslər də olub.

Aksiya ərazisindən maneəsiz keçid bir daha göstərir ki, Ermənistanın blokada ilə bağlı səsləndirdiyi iddialar saxtadır. Dünən gün ərzində 67 avtomobilin aksiyanın təşkil olunduğu ərazidən hər iki istiqamətdə keçidi təmin olunub. Laçın Xankəndi yolu bütün humanitar məqsədli maşınlar və mülki şəxslər üçün açıqdır.

Qeyd edək ki, Azərbaycanlı ekofəalların dinc məqsədlə təşkil etdikləri bu aksiya Qarabağda ekoloji istismara qarşı ötən ilin dekabr ayının 12-dən başlayıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »