“Qarabağ” bu gün “Gent”lə cavab oyununa çıxacaq

0

“Qarabağ” bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq.

Avrasiya.net-in məlumatına görə, Ağdam təmsilçisi Belçikada “Gent” klubunun qonağı olacaq. “Gelamko Arena”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Matçı şotlandiyalı FIFA referisi Uilyam Kollam idarə edəcək.

Azərbaycan çempionu Bakıdakı ilk görüşdə 1:0 hesablı qələbə qazandığından istənilən heç-heçə və ya qalibiyyət komandanı 1/8 finala yüksəldəcək.

“Köhlən atlar” matça ciddi itkilərlə çıxacaqlar. Qapıçı Şahruddin Məhəmmədəliyev, müdafiəçi Abbas Hüseynov və yarımmüdafiəçi Marko Yankoviç zədə səbəbindən oyunu buraxacaqlar. Meydan sahiblərinin heyətində də bəzi itkilər var. Yarımmüdafiəçi Endryü Hülsager zədəyə görə heyətdən çıxarılıb. Müdafiəçi Cozef Okumu və digər orta xətt oyunçusu Alessio Kastro-Montesin “Qarabağ”a qarşı oynaması isə sual altındadır.

UEFA Konfrans Liqası
Pley-off mərhələsi, cavab oyunu
23 fevral

00:00. “Gent” (Belçika) – “Qarabağ” (Azərbaycan)
Hakimlər: Uilyam Kollam, Frensis Konnor, David Rum, Nikolas Uolş (hamısı Şotlandiya)
VAR hakimləri: Devid Kut, Li Betts (hər ikisi İngiltərə)
İlk oyun – 0:1
Gent, “Gelamko Arena”

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »