Kreml Vardanyana dəstək verəcək – Rus ekspert

0

Rusiya və Türkiyə müttəfiq deyil, onların arasında münasibətlər hər an pisləşə bilər və bu, Rusiya üçün ciddi zərbə olar, başqa bir münaqişə istiqaməti açar. Ona görə də Ukraynada müharibə başa çatana qədər Rusiya Azərbaycanın və Türkiyənin Cənubi Qafqazdakı maraqlarına toxunan heç bir konkret addım atmayacaq.

Bunu rusiyalı politoloq Vladimir Lepexin deyib.

“Hələ ki, sülhməramlı addımlar atılacaq, başqa heç nə. Ukraynada hərbi əməliyyat bitdikdən sonra Kremlin Qarabağ ermənilərinə dəstək olaraq problemin həllinə dair təkliflərilə fəaliyyətini aktivləşdirməsi məntiqlidir”, – Lepexin bildirib.

O qeyd edib ki, Rusiya Vardanyanın oyundan çıxarılmasını da istəmir:

“Ona görə də Moskva şəxsən ona müəyyən dəstək verəcək, heç olmasa, onu kənar təsirlərdən qoruyacaq”.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »