Xudafərin Teatrı, “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı, Müasir İnternet Resurslarının İnkişafı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və tarixi Zəfərə aparan yol” mövzusunda teatr tamaşası təşkil edilib.

Teatr tamaşasında Millət vəkili, Xudafərin Teatrnın siyası məsləhətçisi Elman Nəsirov, Aydın Hüseynov, Xudafərin Teatrnın rəhbəri Gunel Amirova, “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə dəstək təşkilatının sədr müavini Məcid Məmmədov, Müasir İnternet Resurslarının İnkişafı İctimai Birliyinin sədri Zamin Zeynal, Gənclərin İnkişafına Dəstək İctimai Birliyi nin sədri Mahammad Mammadov, Türkiyəli aktyor Ertuğul Şakar, Şəhid ailələri, Qazilər, media nümayəndələri, tanınmış ictimai fəal şəxslər iştirak edərək çıxış ediblər.

Teatr tamaşasında çıxış edənlər ” Heydər Əliyev və tarixi Zəfərə aparan yol” mövzusunda teatr tamaşasının təşkil edilməsini önəmindən söz açıblar. Bildiriblər ki, Vətəndaş cəmiyyəti ilə birlikdə mədəniyyət işçilərinin bir araya gətirdikləri teatr tamaşası Ulu öndər Heydər Əliyevin milli vətənpərvərliyə göstərdiyi diqqət və qayğı fonunda 30 illik torpaq həsrətinə son qoyan Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin və rəşadətli Azərbaycan ordusunun tarixi qələbə zəfərində göstərdikləri hünəri davamlı olaraq teatr tamaşası vasitəsilə peşəkar aktiyorların milli vətənpərvər ruhda səhnə məharətlərini yeni nəsilə çatdırmaq təqdirəlayiqdir.

Tədbiri giriş sözü ilə Xudafərin Teatrnın rəhbəri, Dayaq təşkilatının əməkdaşı Günel Əmirova çıxış edərək bildirib ki, Ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə belə bir ictimai mədəni əhəmiyyətli teatr tamaşasını birlikdə təşkil etmək qürurvericidir. Fərəhlə deyə bilərik ki, Hal-hazırda dahi lider Heydər Əliyevin çoxşaxəli fəaliyyəti sırasında mədəniyyət sahəsinə xüsusi diqqət və qayğısı Prezident Cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən dinamik şəkildə davam edir.

“Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə dəstək” təşkilatının sədr müavini Məcid Məmmədov çıxışında deyib ki, dahi rəhbər Heydər Əliyevin 100 illiyi ilə bağlı görülən bütün işlər sırasında Azərbaycançılıq məfkurəsi üçün yorulmadan çalışmış tarixi şəxsiyyətin həyat və fəaliyyətindən danışmaq, Onun zəfər arzularını gerçəkləşməsini qürur hissi ilə qarşlıyaraq vətənpərvər duyğularla tetar tamaşası göstərmək hər birimizin mənəvi vətəndaşlıq borcudur. Böyük lider Heydər Əliyevin 100 iliyində bu sayaq vətəndaş cəmiyyəti təşəbbüslərinin ardıcılıqla davam etdirilməsi Heydər Əliyev irsinin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.

Müasir İnternet Resurslarının İnkişafı İctimai Birliyinin sədri Zamin Zeynal açaraq qeyd edib ki, “Heydər Əliyev və tarixi Zəfərə aparan yol” mövzusunda birgə teatr tamaşasını milli, mədəni, vətənpərvər əzmdə təşkil etməkdə məqsəd dahi şəxsiyyət Heydər Əliyevin örnək dolu fəaliyyətini təbliğ etməkdir. Zamin Zeynal onu da bildirib ki, ümummilli lider Heydər Əliyev zəngin həyat və fəaliyəti dövründə xalqımıza Qarabağ zəfərinin qazandırmaq üçün həyata keçirdiyi daxili və xarici siyasət staregiyasını bu gün Onun siyasi kursunun layiqli davamçısı Qalib Prezidentimiz İlham Əliyev uğurla davam etdirərək 44 günlük haqq savaşında əzəli-əbədi Qarabağ torpaqlarımızı düşmən istilasından dəmir yumruğu ilə azad edərək Azərbaycana qələbə zəfərini bəxş etmişdir. Fəxrlə deyə bilərik ki, 44 günlük müharibə zamanı Müzəffər Ali Baş Komandanla xalqımızın birlik və həmrəyliyi vətənimizə tarixi qəlbə zəfərini bəxş etmişdir. Birlik sədri onu da bildirib ki, vətəndaş cəmiyyəti olaraq bu cür birgə ictimai-siyasi, mədəni əhəmiyyətli təşəbbülər gələcəkdədə davam etdiriləcəkdir.