Yevlaxda 20 yaşlı qadını kim öldürüb?

0

Yevlaxda 2003-cü il təvəllüdlü Başxanım İlqar qızı Salmanovanın qətli ilə bağlı bəzi təfərrüat məlum olub.

Report xəbər verir ki, hadisə fevralın 16-da axşam saat 22 radələrində Yevlax şəhərində, fərdi yaşayış evlərinin birində baş verib.

20 yaşlı qadın başına tüfəngdən açılan atəş nəticəsində öldürülüb.

Qonşularının sözlərinə görə, qadın əvvəllər ailəli olub, sonra boşanıb.

Qətlin qısqanclıq zəminində B.Salmanovanın qardaşı tərəfindən törədildiyi ehtimal olunur.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »