Minsk Qrupu tarixin zibilliyinə atılıb – ZAXAROVA

0

Qərb ölkələri Minsk Qrupu formatını tarixin zibilliyinə atıb.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova deyib.

“Minsk Qrupu formatı tarixin zibilliyinə məhz ABŞ və Fransadan olan həmsədrlərin uydurma bəhanə ilə 2022-ci ilin fevralında rusiyalı həmkarları ilə əməkdaşlığı dayandırmasından sonra atılıb. Budur fakt. Onlardan bu cür fəaliyyətə görə başa düşülən izah da gəlməyib. Bunu nəzərə alaraq, biz Bakı və İrəvana üçtərəfli format çərçivəsində yardım etməyə diqqətimizi yönəltdik”, – deyə Rusiya XİN rəsmisi bildirib.

Zaxarova, həmçinin qeyd edib ki, Rusiya ABŞ-ın vasitəçiliyinin əlavə dəyərə malik olduğunu düşünmür.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »