Paşinyan partiyadaşları ilə sülh müqaviləsinin detallarını müzakirə edib

0

Ermənistanın baş naziri Nikol Paşinyan partiyasının üzvləri ilə görüşdə Azərbaycanla sülh müqaviləsi layihəsini müzakirə edib.

Modern.az xəbər verir ki, “Joğovurd” qəzeti qapalı görüşün təfərrüatlarını açıqlayıb.

Nəşrin məlumatına görə, Ermənistanın baş naziri hakim “İctimai Müqavilə” partiyasının üzvləri ilə görüşdə bəyan edib ki, danışıqlar mümkün qədər tez başa çatdırılmalı, Türkiyə ilə münasibətlər normallaşdırılmalıdır.

Qeyd olunub ki, baş nazirin partiyadaşları arasında gözləntilər yalnız Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Türkiyəyə dünənki səfərindən sonra artmağa başlayıb.

 19 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »