Azərbaycan İnvestisiya Şirkəti İsrailin startapına 1 milyon dollar yatırıb

0

İsrailin “OurCrowd” şirkəti ilə əməkdaşlıq çərçivəsində İqtisadiyyat Nazirliyinin “Azərbaycan İnvestisiya Şirkəti” ASC fəaliyyəti dövründə ilk dəfə texnoloji startap layihəsinə 1 milyon ABŞ dolları dəyərində investisiya yatırıb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında yazıb.

Məlumata görə, investisiya yatırılmış İsrailin “LARGIX” startapı sənaye məhsullarının hazırlanması üzrə ixtisaslaşır.

Xatırladaq ki, 2022-ci ilin sonuna “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin investisiya portfelinin dəyəri və qərar verilmiş investisiyaların məbləği 240,3 milyon manat təşkil edib. Həmin məbləğin 76 %-i ağır sənayeyə, 13 %-i qida sənayesinə, 3 %-i “yaşıl iqtisadiyyat”a, 8 %-i isə digər sahələrə yönəldilib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »