“Azərbaycan və Türkiyənin qardaşlığı bütün dünya birliyinə örnək ola bilər”

0

Böyük Britaniyanın Azərbaycandakı keçmiş səfiri Ceyms Şarpın sarsıdıcı zəlzələyə məruz qalmış Türkiyə ilə bağlı etdiyi paylaşımında Azərbaycanın qardaş ölkəyə göstərdiyi yardıma heyranlığını bildirməsi təbiidir.

Bunu  Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib.

O, qeyd edib ki, keçmiş səfirin Twitter səhifəsində etdiyi paylaşımında “Azərbaycan dövlətinin və xalqının Türkiyə xalqına bu çətin zamanda göstərdiyi yardıma heyran qaldım” sözlərini yazması reallığı əks etdirir:

“Azərbaycan xalqı və dövləti hər zaman “Bir millət, iki dövlət” fəlsəfəsindən yola çıxaraq qardaş ölkənin sevincinə də, kədərinə də şərik çıxır. Azərbaycan və Türkiyənin qardaşlığı bütün dünya birliyinə örnək ola bilər”.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »