Gömrük Akademiyasının kollektivi Türkiyəyə yardım toplayıb

0

Dövlət Gömrük Komitəsinin Akademiyasının kollektivi qardaş Türkiyədə baş vermiş zəlzələ qurbanlarına dəstək təşəbbüsünü reallaşdırdılar.

İstisnasız olaraq akademiyanın hər bir əməkdaşının töhfəsi olan vəsait Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) elan olunmuş hesabına köçürülüb.

Dövlət Gömrük Komitəsinin Akademiyasına rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov göstərdikləri təşəbbüsə və yardıma görə Akademiyanın hər bir əməkdaşına təşəkkürünü bildirib:

“Ağır dağıntılara və çoxsaylı insan itkilərinə səbəb olmuş təbii fəlakətin yaralarını tezliklə sarımaq və sağaltmaq prosesində daim qardaş Türkiyə xalqının yanındayıq”.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »