BƏƏ səfirliyi “UAE innovates 2023” təqdimatını keçirib

0

Səfirlikdən İctimairey.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Birləşmiş Ərəb Əmirliklərinin Bakıdakı Missiya rəhbərinin müavini cənab Abdalla Al Shamsi deyib ki, innovasiyalar iqtisadi artımı təşviq etmək, rəqabət qabiliyyətini artırmaq və yeni iş imkanları təmin etmək üçün açardır:

“1971-ci ildə təsis edildiyi gündən etibarən Birləşmiş Ərəb Əmirlikləri sosial və iqtisadi statusunu yüksəltməklə daim innovasiya və yaradıcılıq simvolu kimi fərqlənmişdir”.

O, qeyd edib ki, UAE Innovates ümummilli səviyyədə qeyd olunur və dünyanın ən böyük innovasiya festivallarından biridir. UAE Innovates hökumətin, özəl sektorun və fərdlərin geniş yayılmış innovasiya mədəniyyətinin yaradılmasına kömək etmək üçün birgə səyidir.

BƏƏ İnnovasiyalar Mükafatı 2021-ci ilin fevralında təqdim edilib.

“Bu, BƏƏ-nin innovativ ideyaları və onların hökumət sektorunda tətbiqini dəstəkləmək və BƏƏ-nin dünya miqyasında ən innovativ ölkələrdən biri kimi mövqeyini təşviq etmək üzrə davamlı səylərinə müvafiqdir, “ deyə cənab Al Shamsi vurğulayıb.

Birləşmiş Ərəb Əmirliklərinin Kabinet işləri naziri Məhəmməd bin Abdullah Əl Qərqavinin Bakıya səfərini xatırladaraq, cənab Al Shamsi qeyd edib ki, həm BƏƏ, həm də Azərbaycan xalqlarımızın rifahına xidmət edən innovasiyalara böyük önəm verir.

Daha sonra tədbir Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Strateji təhlil, innovasiya və rəqəmsallaşma şöbəsinin məsləhətçisi Ləman Qənbərovanın, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Dövlət xidmətlərinin dizaynı və innovasiyalar şöbəsinin müdiri Semral Əliyevin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin İnnovasiya ekosistemi departamentinin rəhbəri İgor Ovçarenkonun və Agentliyin PR meneceri Günel Əhmədovanın Azərbaycanda innovasiyalar, start-uplar, BƏƏ ilə bu sahədə əməkdaşlığın perspektivləri və imkanlar barəsində çıxışları ilə davam edib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »