Rus sülhməramlılarına mandat verilməsi… – İliçev

0

Qarabağdakı Rusiya sülhməramlılarına BMT mandatı verməyə ehtiyac yoxdur və Bakı və İrəvan onların iş rejimləri ilə razılaşır və onu dəstəkləyirlər.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin beynəlxalq təşkilatlar departamentinin direktoru Pyotr İliçev deyib.

“Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ münaqişəsi zonasında sabitliyin qorunmasının yeganə təminatçısı olaraq qalır. Ona BMT mandatı verməyə ehtiyac yoxdur, çünki bizim sülhməramlılarımızın fəaliyyət üsulları Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli ilk üçtərəfli bəyanatında aydın şəkildə təsbit olunub. Bu məsələdə mübahisə iştirakçıları arasında konsensus var və bu fakt burada əsasdır”, – İliçev bildirib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »