İran müxalifəti Münhenə dəvət edildi

0

Fevralın 17-19-u arası Rusiyanın Ukraynaya hərbi təcavüzünün başlanmasının ildönümü ərəfəsində Almaniyanın Münhen şəhərində keçiriləcək Təhlükəsizlik Konfransına İran nümayəndələri dəvət edilib.

Axar.az xəbər verir ki, bu barədə Münhen Təhlükəsizlik Konfransının direktoru Kristof Hoysgen açıqlama verib.

“Bu konfransın əvvəlki təşkilatçıları İran rəsmilərinin dəvət edilməsini istəsələr də, beynəlxalq qanunların pozulduğuna və etirazçılara qarşı repressiyalarına görə Tehran rəsmilərinə heç bir dəvət göndərməyib”, – Hoysgen bildirib.

Təhlilçilər bildirirlər ki, İran və Rusiya hökumət rəsmilərinin yerinə bu iki ölkənin müxalifətinin dəvət edilməsi əməkdaşlıq imkanlarını və İran xalqının etiraz hərəkatı ilə beynəlxalq həmrəyliyini gücləndirə bilər.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »