Narkotik satmaqda şübhəli bilinən qadın həbs olundu

0

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən qadın saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdiyi tədbirlərlə Elnarə Həsənzadə saxlanılaraq polis şöbəsinə gətirilib.

Onun üzərinə keçirilən baxış zamanı müxtəlif çəkilərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan qadın barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »