Rəşad Nəbiyev İmişlidə vətəndaşları qəbul edəcək

0

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 8 fevral 2023-cü il tarixində saat 10:00-da İmişli şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Sabirabad, Saatlı, Füzuli, Beyləqan, Xocavənd və İmişli rayon sakinlərini qəbul edəcək.

Qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda fevral ayı üzrə vətəndaşları qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.

Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula yazılmaq üçün 7 fevral 2023-cü il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655) və elektron poçtu (office@mincom.gov.az), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə müraciət etmək mümkündür.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »