Ağır qəzada ölənlərin adları məlum oldu

0

Bərdə rayonunda baş vermiş ağır yol qəzasında ölən və yaralananların adları məlum olub.

Modern.az-ın xəbərinə görə, Yevlax-Ağdam-Laçın yolunun qapalı təmir olunan 37-ci km-də Bərdə rayonu Qaradəmirçi kənd sakini, 1998-ci il təvəllüdlü Quliyev Ceyhun Arif oğlunun idarə etdiyi VAZ-21214 markalı 90-EA-774dövlət qeydiyyat nişanlı avtomobillə Ağdam rayonu istiqamətində hərəkətdə olan zaman qarşıdan gələn Bərdə rayonu Mirzəcəfərli kənd sakini, 1995-ci il təvəllüdlü Baxşəliyev İlkin Məhərrəm oğlunun idarə etdiyi “Mersdes Benz” markalı 34-BG-302 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Nəticədə hər iki sürücü və “Mersdes Benz” markalı avtomobildə olan sərnişinlər Bərdə rayonu Mircəfərli kənd sakinləri 1972-ci il təvəllüdlü Kərəmova Xalidə İsa qızı, 1968-ci il təvəllüdlü Baxşəliyev Məhərrəm Nüsrət oğlu, 1998-ci il təvəllüdlü Baxşəliyeva Məftunə Məhərrəm qızı hadisə yerində ölüb.

2001-ci il təvəllüdlü Baxşəliyeva Fəridə Məhərrəm qızı müxtəlif bədədn xəsarətləri alaraq Bərdə rayon diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »