İran cəsus şəbəkəsinin “qurbanlıq fanatları”

0

Neçə ki dövlət və dövlətçilik var, cəsus şəbəkəsi olub və olacaq. Bəlkə də bir balaca yaddan çıxmışdı. İrandakı diplomatik korpusumuzda molla rejiminin törətdiyi terror əməliyyatı bir daha yaddaşımızı təzələdi. Dövlət həmişə dini fanatizmliyi, yaxud cəsus şəbəkəsini vaxtında neytrallaşdırmalıdır.

Azərbaycanda müstəqillik dönəmində bir neçə cəsus şəbəkəsi ifşa olunub. Cəzalandırılan da olub, hətta, əl qolunu sallayıb rahatca gəzənlər də. Bu cəsuslar, istər molla cildində olsun, istər kafir, istərsə də narkomaniyanı yaymaq, yaxud fahişəliyi yaymaq, fərq etməz, məqsəd birdir, dövləti sarsıtmaq, dövlət dayaqlarını sarsıtmaq.

Təbii ki, öz başına yaranmazlar, dövlətin yuxarı eşalonunda təmsil olunanların himayəsi olmasa. Onların məqsədi geniş maddi imkanlara sahib olmaqdır. Yəqin hamıya bəllidir böyük sərmayələrin hesabına başa gəlir.

Yəqin ki, hamı xatırlayar, ilk olaraq fahişəliyin, qadın alverinin tüğyan etdiyi bir dövr var idi. Qadınların dubayda başqa ərəb ölkələrində satılması, yaxud insan alveri yüksək həddə çatmışdı. Məqsəd dövlətin mənəvi dayaqlarını sarsıtmaq idi. Yada salaq, yaxud, narko-biznes hansı həddə çatmışdı. . Bu haqda geniş yazmaq istəmirəm, adi xatırlamadır. Çox sevindirici haldır ki, içimizdə olan, yuxarı eşalonda təmsil olunan bu bəd əməllərin dövlətimiz tərəfindən qarşısı alındı.

Keçək əsas məsələyə, hamıya yaxşı məlum idi, hamı da yaxşı bilirdi, Rusiyanın da, İranın da, elə Türkiyənin də cəsus şəbəkəsi dövlətin çox yuxarı mərtəbələrinə qədər qalxa bilmişdi. Birinci ifşa olunan Fətulla Gülənçilər oldu. Yəqin xatırlayarsız, Prezident Administrasiyasına qədər gedib çıxmışdı. Azərbaycanda türk litseylər, hətta universitet də fəaliyyət göstərirdi.

Rus cəsusları, yaxud beşinci kalon haqında da çox danışılıb. Bu barədə xatırlama kifayətdir. Hətta böyük şəbəkə yaratmışdılar.

Əsas məsələ İrandan başlayaq. İranın bir türk xofu var. Əsrlər boyu onların canından çıxmır. Firdovsinin “Şahnamə” əsərində bu yana həmişə türkləri aşağılamağa çalışırlar. Əlbəttə, aşağılamağa çalışdıqca, ən çox özün aşağılanırsan. İçindəki qorxu, qısqanclıq xofundan irəli gəlir. Bu səbəbdən İrandakı soydaşlarımıza nəinki, oxumağı, yazmağı, hətta öz dilində danışmağı belə yasaq etməyə çalışırlar.

Rza Pəhləvi ingilis kəşfiyyatın həmləsi ilə Qacarilər türk hakimiyyətini 1925-ci ildə qəsb etdi. Düzdü, Mustafa Kamal Atatürkə böyük sayğı ilə yanaşırdı. Türkiyə latın əlifbasına keçəndən sonra Pəhləvi özü İranın Türkiyədəki səfirinə məktub yazır:“Öyrən gör, necə keçiblər, bizdə keçək”. Səfir cavab məktubunda yazır: “Şahım, hansı əlifba olur olsun, təkcə türklər keçən əlifbaya keçməyək. Bir – birindən nə qədər uzaq tuta bilsək, bir o qədər yaxşı olar. Yoxsa, ayaq altında qala bilərik”. Hal-hazır ki, qısqanclıq da o siyasətin davamıdır Hətta, Azərbaycan müstəqillik qazandıqdan sonra içindəki narahatçılıq daha da artdı. İsrail kimi ağıllı-başlı bir dövlət Azərbaycanın yanında durdu, İran Ermənistanın yanında.

Düzdü, İranın Azərbaycada cəsus şəbəkəsi yaradıldı, amma mollalıqdan o yana getmədi. Zaman-zaman fəaliyyət göstərdi, havadarlar hesabına böyük şəbəkə yaratmaq düşüncəsindən kənar idi. Təfəkkürü molla təfəkküründən o yana gedə bilmirdi. Hətta İsrailin Azərbaycandakı “Təbrizin sehirli nağıllar” kitabı molla rejimini bir daha cılızlığından çıxardı. İran səfirliyi diplomat kimi yox, küçə uşağı səviyyəsində reaksiya verdi. Adını islam dövləti qoyan bir dövlət Azərbaycanın işğal olunmuş ərazilərində məscidlərimizi ermənilər təhqir edəndə belə səsini çıxarmadı. Burdan göründüyü kimi islam adından istifadə edib mənəviyatsızlıq planını həyata keçirir.

Hətta Anna Akopyanı məscidə aparan iran mollaları bir də eşidəcəyik ki, N.Paşinyana sünnət edib molla ediblər. Biz bu xislətdən uzaq olmalıyıq. Mənsəb adı ilə başı pozuq gəncləri İranın zəhərli xislətindən uzaq tutmalıyıq. Bir başa İrana havadarlıq edən quduz canavarlara qarşı tədbirli olmalıyıq. Söz yox, burda canavar da var, elə qoyunda. Qoyun deməklə pis başa düşərlər, qoy elə qoç deyək. Elə biləcəklər məqsədim təhqir etməkdir. Yox, məqsədim başqadır. Canavarın yəqin ki, hamı məqsədini bilir, məqamı gələndə açma-süfrə etməkdir. Qoçlar yox, onlar qurbanlıq üçün, yaxud, əziz qonaq üçün, yaxud da yaxşı qiymətə satmaq üçündür.

Əvvəlcə, həmin qoçları yaxşı bordanılır ki, yeri gələndə sahibinin üzünü ağ etsin. Bilirsiniz ki arıq qoç nə qonaq-qara yanında, nə də bazarda adamın üzünü ağ eləmir.

Din fanatizm çox qorxulu bir tendensiyadır. Ehtiyatlı olmalıyıq.

Qalib Şəfahət

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »