ABŞ Ukraynaya uzaq mənzilli raketlər göndərir

0

ABŞ hökuməti Ukraynaya 2.2 milyard dollar dəyərində hərbi yardım hazırlayır.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” ABŞ administrasiyasındakı mənbəyə istinadla məlumat yayıb.

Hərbi yardım paketinə bu dəfə uzaq mənzilli raketlər də daxil ediləcək.

Agentlik bildirib ki, söhbət 150 km mənzilli GLSDB (Ground Launched Small Diameter Bomb) raketlərindən gedir.

Qeyd edək ki, Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak Krımdakı obyektləri vurmaq üçün Kiyevin uzaq mənzilli raketlərin alınması istiqamətində danışıqlar apardığını demişdi.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »