“Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyev, sədr müavini Məcid Məmmədov Azərbaycan Fitoterapevtlər İctimai Birliyi, Azərbaycan Qadınları Respublika Cəmiyyəti İ.B, Bakı Mühəndislik Universitetinin birgə təşkilatçılığı ilə keçirilən Qarabağda ekoloji terrora son! adlı tədbirdə iştirak edib.

Tədbirdə Millət vəkilləri Qənirə Paşayeva, İlham Məmmədov, Razi Nurullayev, Müşfiq Məmmədli, Bakı Mühəndislik Universitetinin rektoru Hahar Məmmədov, Əməkdar İncəsənət Xadimi Fəxriyyə Xələfova, Fitoterapevtlər İctimai Birliyinin sədri Məlahət Qəhrəmanova və digər çıxış edənlər Qarabağda ermənilər tərəfindən 30 il ərzində törədilmiş ekoloji terrorun fəsadlarından söz açıblar.

Bildiriliblər ki, Prezident Cənab İlham Əliyevin dəmir yumuruğu, fədakar Azərbaycan ordusunun rəşadəti nəticəsində işğaldan azad edilmiş Qarabağın dirçəldilməsi fonunda görülən uğurlu işlərin sırasında ekoloji sahələr əvvəllər olduğundan gözəl şəraitdə yenidən bərpa ediləcək.