“Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı Şəhid Ramiq Mikayılovun doğum günü ilə bağlı tədbir keçirib.

Tədbirdə şəhid Ramiq Mikayılovun anası Gülgəz Mikayılova, Millət vəkili Vüqar İsgəndərov, “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı-nın sədri Qalib Əliyev, təşkilatın sədr müavini Məcid Məmmədov, Müasir İnternet Resurslarının İnkişafı İctimai Birliyinin sədri Zamin Zeynal, şəhid ailələri, Qazilər, şəhidin doyüş yoldaşları, tanınmış ictimai fəal şəxslər iştirak edərək çıxış ediblər.
Tədbirdə çıxış edənlər şəhidlik zirvəsinə ucalmış şəhid Ramiq Mikayılovun şərəfli ömür yolundan söz açıblar. Qeyd ediblər ki, Ali Baş Komandan, Prezident Cənab İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdikləri diqqət və qayğı hər bir Azərbaycan vətəndaşı üçün örnək nümunəsidir. şəhidlərin adlarının əbədiləşdirilərək onların ləyaqətli ömür yollarını yeni nəsilə qeyrət mücəssəməsi kimi təqdim edilməsi təqdirəlayiqdir.

Tədbiri MİRİİB sədri Zamin Zeynal açaraq qeyd edib ki, “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı tərəfindən davamlı olaraq belə mənəvi dəstək ruhlu tədbirlər keçirilir. Zamin Zeynal onuda bildirib ki, Vətən uğurunda şəhidlik zirvəsinə yüksələnlər, uca yaradan Allahın dərgahında seçilənlərdir. Bu yolda sağlamlığını itirmiş Qazilər Allahın sevimli bəndələridir. Natiq onu da xüsusi olaraq vurğulayıb ki, xalqımızı 44 günlük haqq savaşında dəmir yumruğu ətrafında birləşdirən Dövlət Başçısı Cənab İlham Əliyevin göstəriş və tapşırıqlarını əsas götürərək ölkəmizin həssas təbəqəsinə diqqət və qayğı yönümündə həyata keçirilən sosial siyasətə bu cür vətəndaş cəmiyyəti dəstəyinin göstərilməsi Xalq-iqtidar birliyi fonunda gələcəkdə də davam etdirilmədir.

Şəhid Ramiq Mikayılovun anası Gülgəz Mikayılova çıxış edərək bildirib ki, oğlunun doğum günü ilə bağlı belə bir tədbirin təşkil edilməsi şəhid və şəhid ailələrinə göstərilən növbəti vətandaş cəmiyyətinin diqqət nümunəsidir. Belə mənəvi dəstək ruhlu tədbirlərin təşkil edilməsi Şəhid anaları üçün mənəvi təsəllidir.

Tədbirlə bağlı “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyev mətbuata açıqlamasında qeyd edib ki, şəhidlər ölməz, vətən bölünməzdir, vətənimizin azadlığı, torpaqlarımızın düşmən tapdağından azad edilməsində şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin cəsarəti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dəmir yumuruğu nəticəsində xalqımızın 30 illik torpaq həsrətinə son qoyuldu. Bu gün hər birmiz şəhidlərimizə, qazilərimizə dərin hörmət və diqqətlə yanaşmalıyıq. Hər zaman əməli, işgüzar fəaliyyətimizlə şəhidlərimizin adlarının əbədiləşməsi, qazilərimizin sağlamlığı ilə bağlı olduqca önəmli məsələlərdə bu sayaq birgə səylərimizi daha da artırmalıyıq.