“Qərbin dar düşüncəli və ermənipərəst siyasətçiləri utanmalıdır”

0

Almaniya Ravvinlər Konfransının prezidenti Avixal Apel Strasburqda Avropa Şurasının Beynəlxalq Holokost qurbanlarının anım gününə həsr olunmuş mərasimindəki çıxışında bütün dünyanı İranda nüvə silahının yayılmasının qarşısını almağa çağırarkən, Azərbaycanın bu prosesdə xüsusi rol oynaya biləcəyini ayrıca vurğulamaqla göstərdi ki, o, bir din xadimi kimi Qərbin bir çox siyasi liderlərindən, parlamentarilərindən fərqli olaraq daha düzgün qiymətləndirə bilir.

Avixal Apel çıxışında qeyd etdi ki, Azərbaycan əhalisi şiə olan, lakin yəhudilərə əsrlər boyu qayğı ilə yanaşılan, antisemitizmin olmadığı, İranın qarşısını alan yeganə ölkədir.

Yəhudi din xadimi Azərbaycana qarşı ədalətsiz münasibət sərgiləyən bəzi Avropa ölkələrinin, xüsusən də Fransanın ünvanına haqlı olaraq tənqidi fikirlər səslləndirdi.

“Təəssüf ki, ürəyini yəhudilərə açan və İsraildə səfirliyi olan bu müsəlman ölkəsi Avropa İttifaqı ölkələrindən lazımi dəstək almır, əksinə, Fransa Senatı Avropanın təhlükəsizliyini qoruyan və sərhədlərini qoruyan vicdanlı mövqeyi ilə seçilən ölkədən neft və qaza embarqo qoyulmasına çağırıb”, deyə etirazını bildirən yəhudi ravvinin bu sözləri həqiqətən də təqdirəlayiqdir.

Biz cənab Avixal Apelə ölkəmizə verdiyi belə bir səmimi və obyektiv dəstəyinə görə təşəkkür edirik. Ravvinin bu addımı Azərbaycan xalqı ilə əsl həmrəylik nümunəsidir.

Azərbaycana qarşı ard-arda qətnamələr qəbul edən Fransa Senatının, Avropa Parlamentinin üzvlərini, habelə Laçın yolundakı vəziyyətlə bağlı qərəzli, həqiqəti əks etdirməyən və öz mandatına aid olmayan məsələlərlə bağlı absurd bəyanat yayan BMT-nin Əhali Fondunun rəsmiləri də əslində bu cür obyektiv və müdrik din xadimlərindən nümunə götürməli və Azərbaycan kimi önəmli bir ölkəyə düzgün münasibət sərgiləmək yolunu tutmalıdırllar. Bir din xadiminin Azərbaycanla bağlı səsləndirdiyi həqiqətlər Qərbin dar düşüncəli və ermənipərəst siyasətçilərini utandırmalıdır.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »