Bakıda avtobus qəza törətdi: xəsarət alan var

0

Bakının Nəsimi rayonunda 5 saylı sərnişin avtobusu qəzaya uğrayıb.

İctimairey.az xəbər verir ki, avtobus hərəkətdə olarkən digər avtomobillə toqquşub.

Hadisə zamanı sərnişin, 1988-ci il təvəllüdlü Rəşad Ədalət oğlu Dadaşov xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bazu sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

 44 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »