Bakıda oğul atasını döyüb öldürdü

0

Bakıda oğul atasını döyərək ağır xəsarətlər yetirib.

DİN-in Mətbuat xidmətindən İctimairey.az-a bildirilib ki, hadisə yanvarın 8-də Xəzər rayonu Buzovna qəsəbəsində baş verib.

Məlumata görə, qəsəbə sakini İbrahim İbrahimov döyülməsi nəticəsində aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib. O, huşsuz vəziyyətdə olduğu üçün dindirilməsi mümkün olmayıb.

Polisin apardığı araşdırmalarla məlum olub ki, oğlu əvvəllər məhkum olunmuş Azər İbrahimov sərxoş vəziyyətdə atasını döyüb. İ.İbrahimov yanvarın 12-də xəstəxanada ölüb.

Polisin keçirdikləri əməliyyat tədbirləri nəticəsində A.İbrahimov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »