Priqojin və Kreml qarşıdurması güclənir

0

Ötən gün Rusiya Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Ukraynadakı hərbi əməliyyatlara komandan təyin edilib. Onun təyinatı və komandanlığın ümumi strukturunun yenidən qurulması həm beynəlxalq səhnədə, həm də Rusiya daxilində Putinin uzunmüddətli müharibəyə hazır olduğunu nümayiş etdirir.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

Məlumata görə, bu təyinat Kremlin iki səyinə töhfə verə bilər:

“2023-cü ildə həlledici hərbi səylər üçün Rusiya komandanlığı və nəzarətini təkmilləşdirmək və Rusiya Müdafiə Nazirliyini rusiyalı hərbi blogerlər və təhlükəsizlik rəsmilərinin çağırışlarına qarşı gücləndirmək. Lakin yeni təyinatlar Kremlin Priqojinə qarşı müqavimətinin artmasına da səbəb ola bilər. Gerasimov çətin ki, Putinin maksimalist məqsədlərinə çatmaq üçün müharibəni tez bir zamanda canlandırsın və islahat aparsın”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »