Rəsmi Kiyev Saakaşvilini Gürcüstandan İSTƏDİ

0

Ukrayna prezidentinin Aparat rəhbərinin müşaviri Mixail Podolyak bəyan edib ki, rəsmi Kiyev Gürcüstanın həbsdə olan eks-prezidenti Mixail Saakaşvilini müalicə üçün Ukraynaya və ya üçüncü ölkəyə köçürməyi təklif edir.

Bu barədə Gürcüstanın İctimai Kanalı məlumat yayıb.

Podolyak qeyd edib ki, Rusiyadan fərqli olaraq, Ukrayna “başqa ölkələrin suveren işlərinə” qarışmır və heç bir məsləhət vermir.

Məhz buna görə də, onun fikrincə, Saakaşvilinin Ukrayna dövlətinə verilməsi təklifi rəsmidir.
“Söhbət biz tez-tez, o cümlədən diplomatik kanallar vasitəsilə təkrar etdiyimiz rəsmi mövqedən gedir. Prezident Zelenski və digər tanınmış şəxslər bu barədə ictimaiyyətə açıqlamalar verirlər”, – Podolyak bildirib.

 58 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »