“Hər yerdə və hər zaman bir-birimizə dayaq olmağa davam edəcəyik”

0

Türkiyənin Milli müdafiə naziri Hulusi Akarın Sarıqamış şəhidlərini Anma Günü ilə bağlı bəyanatında Azərbaycan xalqına təşəkkür etməsi, şükranlarını bildirməsi gerçəkdən də qürurvericidir. İki qardaş ölkənin insanlarının bir-birilərinin dərdinə də, sevincinə də şərik olmasından daha təbii nə ola bilər ki?

Son iki əsrdə tale və zaman Azərbaycan və Türkiyə türklərinin qardaşlığını, birliyini dəfələrlə sınağa çəkib. Ölkələrimiz və xalqlarımız ən ağır sınaqlardan, keşməkeşlərdən üzü ağ keçib gəliblər. Bir əsr öncə Sarıqamış döyüşlərində Azərbaycan türkləri də Osmanlı türkləri ilə çiyin-çiyinə döyüşməklə bərabər, həmçinin xalqımız da öz növbəsində mənfur çar Rusiyası tərəfindən əsir götürülən və Nargin adasına sürgün edilən mehmetciklərə sahib çıxıb, onları həm qida və isti geyimlərlə təmin edib, həm də bir çox türk əsgərlərinin adadan gizli yolla qaçırılıb Türkiyəyə yola salınmalarına kömək edib.

Ona görə də türk xalqı və Türkiyə dövlətinin rəsmiləri Azərbaycan türklərinin bu köməkliyini, bu fədakarlığını bu gün də unutmur. Bunun özü də “Bir millət, iki dövlət” ifadəsinin bariz nümunəsidir. Biz bundan sonra da hər yerdə və hər zaman bir-birimizə dayaq olmağa davam edəcəyik.

Əlisahib Hüseynov

Milli Həmrəylik Partiyasının sədri

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »