Vasif Talıbova məxsus əmlakın sənədləri itib

0

Naxçıvanda yerləşən “Gəmiqaya Şirkəti” MMC-yə məxsus torpaq sahələrinin çıxarışları və digər sənədləri itib.

İctimairey.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı şirkət əlaqədar qurumlara müraciət edib.

Belə ki, Naxçıvan şəhəri, Tumbul kəndində yerləşən “Gəmiqaya Şirkəti” MMC-yə məxsus iki torpaq sahəsinin plan və ölçüləri, eləcə də MH-0047251 və MH-0047252 seriya nömrəli çıxarışları itdiyi üçün etibarsız sayılıb.

Qeyd edək ki, “Gəmiqaya Şirkəti” MMC-nin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsus olduğu bildirilir.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »