Sülhməramlıların 18 maşını Laçın yolundan keçib

0

 

Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 1 ədəd təminat və təchizat avtomobilinin hərəkət etməsinə şərait yaradılıb.

“KamAZ” markalı avtomobilin maneəsiz şəkildə hərəkət etməsi təmin edilib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətə Rusiya sülhməramlılarına məxsus ümumilikdə 18 avtomobil maneəsiz hərəkət edib.

Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 26 gündür davam edir.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »