Koronavirusun yeni növü sürətlə yayılır

0

Dünyanın 29 ölkəsində koronavirusun yeni XBB.1.5 alt növü aşkar edilib.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus bildirib.

Onun sözlərinə görə, 2023-cü ildə COVID-19 pandemiyasına son qoymaq mümkün ola bilər. Lakin ÜST rəhbəri deyib ki, hazırkı epidemioloji vəziyyət həyəcan doğurur. Xüsusilə Şimal qütb regionlarında virusun sürətlə yayılması müşahidə olunur.

Qebreyesus qeyd edib ki, omikron XBB.1.5 ilk dəfə olaraq 2022-ci ilin noyabr ayında aşkarlanıb. İndiyədək dünyanın 29 ölkəsində yeni növə rast gəlinib. Hazırda bəzi regionlarda virusun yayılması sürətlə artır.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »