ABŞ hərbi gəmisi Tayvan boğazında – Çin reaksiya verdi

0

ABŞ hərbi donanmasına aid “USS Chung-Hoon” gəmisi Çinlə Tayvan adasını ayıran Tayvan boğazından keçib.

ABŞ tərəfi bununla bağlı məlumat yayıb.

Bildirilib ki, bu, tamamilə beynəlxalq hüquqa uyğundur.

“ABŞ Silahlı Qüvvələri beynəlxalq hüququn icazə verdiyi yerlərdə uçmağa, yelkən açmağa, əməliyyatlar keçirməyə davam edəcək”, – deyə məlumatda bildirilib.

Çin tərəfindən verilən açıqlamada isə gəminin təsbit edildiyi, onun boğazdan keçməsinin izləndiyi və bütün ehtimallara tam hazır olduqları vurğulanıb.

Qeyd edək ki, son vaxtlar Tayvan adası ətrafında hərbi-siyasi gərginlik artmaqdadır. Ötən əsrin 40-cı illərində vətəndaş müharibəsi zamanı kommunistlərin devirdiyi hökumət adada Çin Respublikası adı ilə fəaliyyətini davam etdirir. Rəsmi Pekin isə (Çin Xalq Respublikası) bir müddət ölkəni BMT-də təmsil edən bu hakimiyyəti tanımır və Tayvan adasını öz ərazisi hesab edir.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »