Şahzadələr arasında əlbəyaxa DAVA OLUB

0

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının şahzadələri Harri və Uilyam arasında əlbəyaxa dava olub.

Bu barədə “The Guardian” nəşri Harrinin memuarından olan hissələri dərc edib.

Harri hadisənin 2019-cu ildə Londonda baş verdiyini bildirib. Məlumata görə, qardaşlar arasında şahzadə Harrinin xanımı, məşhur amerikalı aktrisa Meqan Markla görə dava düşüb.

Belə ki, Uilyam aktrisanı kobud adlandırıb və bu, Harrinin narazılığına səbəb olub. Daha sonra mübahisə əlbəyaxa davaya çevrilib.

“Uilyam məni yaxamdan tutdu və döşəməyə çırpdı”, – deyə Harri yazıb. O, bir müddət yerdə qaldığını və daha sonra özünə gələrək ayağa qalxdığını əlavə edib.

Qeyd edək ki, şahzadə Harri şahzadə Uilyamın kiçik qardaşıdır.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »